Nazirin müşaviri: “Vergi sahəsində ciddi islahatlar gedir“
Hazırda vergi sahəsində genişmiqyaslı islahatlar gedir”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.
Nazir müşaviri bildirib ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında nəzərdə tutulan tədbirlər gələn ilin əvvəlinədək icra olunacaq:
"Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yüksək səviyyəyə qalxmasına gətirib çıxaracaq. Bu, sahibkarlığın inkişafına yönələn sərəncamdır"-deyə E.Məmmədov vurğulayıb.