azia.az
azia.az

Nar”ın hər bir abunəçisi üçün özəl təklifi var!

14-10-2021, 16:01

Nar”ın hər bir abunəçisi üçün özəl təklifi var!

Hər bir müştərinin ehtiyacını anlayan “Nar” öz təkliflərini və məhsullarını məhz abunəçilərin istəkləri əsasında qurur. Daha çox zəng xidmətinə üstünlük verən və ya vaxtının çoxunu internetdə keçirən, yaxud da hər ikisini bir paketdə əldə etmək istəyən abunəçilər üçün “Nar”ın xüsusi təklifləri var. Gün ərzində daha çox zəng edən və telefonla danışmağı sevən abunəçilər “Nar”ın “Unikal” tarifini seçə bilərlər. Bu tarif ölkədaxili bütün istiqamətlərə vahid qiymətə danışmaq imkanı verir. “Unikal” tarifinə qoşulmaq üçün abunəçilər “Unikal” açar sözünü yazıb, 777-yə göndərə bilərlər.

Hər zaman onlayn olmaq və kəsintisiz internetdən həzz almaq istəyən abunəçilər üçün isə “Nar” müxtəlif ölçülü internet paketlərini təklif edir. Abunəçi öz ehtiyacına uyğun olaraq çoxsaylı internet paketlərindən birini seçə bilər. “Nar”ın internet paketləri haqqında ətraflı məlumatı “İnternet” açar sözünü 777 qısa nömrəsinə göndərməklə əldə etmək olar.

“Nar“ bütün xidmətlərin bir paketdə olmasını istəyən müştərilər üçün“FULL” paketlərini təklif edir. Burada ölkədaxili dəqiqələr, bol internet və bonuslar bir paketə daxil olub. “FULL” paketlərinin istifadəçiləri “Çevir” xidməti ilə istədikləri zaman dəqiqələri meqabaytlara, meqabaytları isə dəqiqələrə çevirə bilərlər. Abunəçilər “FULL” paketləri haqqında ətraflı məlumatı “FULL” açar sözünü 777 qısa nömrəsinə göndərməklə əldə edə bilərlər.

“Nar”ın məhsulları və xidmətləri haqqında ətraflı məlumatı 777 Çağrı Mərkəzi, sosial media səhifələrinin onlayn çat xidməti, “Nar+” tətbiqi, eyni zamanda “Nar” Xidmət və satış mərkəzlərindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi