azia.az
azia.az

ŞAD XƏBƏR! Bu şəxslərə yardım ediləcək: Rəsmən açıqlandı

13-09-2021, 12:55

ŞAD XƏBƏR! Bu şəxslərə yardım ediləcək: Rəsmən açıqlandı
SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyələşdirdiyi “ProFarms” layihəsi çərçivəsində vətəndaşları məlumatlandırmaq məqsədilə Ağdaş, Ucar və Yevlax rayonlarında 20 kənddə icma görüşləri təşkil olunub.

Bu barədə Azia.az-a SOCAR-dan məlumat verilib.


Məlumata görə, Ağdaş, Ucar, Yevlax rayonlarında 20 kəndi və 200 fərdi fermer təsərrüfatını əhatə edən “ProFarms” çərçivəsində şəhid ailələri, Vətən müharibəsi qaziləri, ehtiyatda olan hərbçilər, aztəminatlı ailələr və təqaüdçülərə mikro sahibkarlığa başlamaq üçün müxtəlif növ yardımlar göstəriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi