azia.az
azia.az

“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər

27-07-2021, 00:58

“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər
Abunəçilərə öz hesabını daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqi istifadəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə yenilənməkdədir. Artıq balansı artırmaq üçün “Nar” abunəçiləri kart məlumatlarını tətbiqin yaddaşında saxlaya biləcəklər. Eyni zamanda, son yüklənən məbləğ tətbiqin yaddaşında qaldığından sadəcə bir kliklə balansı sürətlə artırmaq olar. Bundan başqa, “Avtomatik ödəniş” hissəsinə daxil olub, günlük, həftəlik və aylıq bölmələrdən birini seçməklə balansın avtomatik artırılmasını təyin etmək olar. Beləliklə, abunəçinin balansı artırması üçün hər dəfə kart məlumatlarını və məbləği daxil etməsinə ehtiyac qalmır.

Qeyd edək ki, “Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda, vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür.

“Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi