Qrelandiyada karantin rejimi yenidən sərtləşdirilir: Bu gündən...
Qrenlandiya hökuməti son bir neçə gündə adada 13 yeni koronavirus infeksiyası hadisəsi aşkarlandıqdan sonra yenidən bir neçə məhdudlaşdırıcı qərarlar tətbiq edib.
Yeni qərara əsasən, artıq bütün məkanlarda - mağazalarda, ictimai nəqliyyatda, təyyarə və gəmilərdə, habelə restoran və kafelərdə qoruyucu maskaların taxılması tələb edilir. Qərar iyulun 14-ü yerli vaxtla saat 16:00-dan qüvvəyə minir. Məhdudiyyətlərin 16 iyul tarixinədək olacağı deyilsə də, yerli hakimiyyət orqanları bunun daha uzun müddətə uzadılacağını istisna etmir.