Günün qoroskopu: soyuqqanlı olun
Azia.az dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - qeyri-adi gündür. Başqalarının gözünə kül üfürməyi bacaranlar çox irəli gedəcəklər.
Əksəriyyət hamının şıltaq olduğu qənaətinə gələcək. Ən xırda sərtlik insanların qəlbini incidir.
Başınızı, ən əsası isə - qəlbinizi itirməyin.
Buğa - əlçatmaz bir arzuya doğru inamla qaçırsınız. Hətta bilirsiniz ki, nə qədər barmaqlarınız üstə dayanmağa çalışsanız da, indi istədiyinizə toxunmaq belə mümkün deyil.
Amma bu, sizin inadınızı qırmır. Sevdiyiniz adamlara inanın. Bu gün məhz siz münasibətləri tənzimləyirsiniz. Son zamanlar fikir ayrılığı səbəbindən aranızın soyuduğu insanlarla da münasibətləri düzəltməyə nail olacaqsınız.
Əkizlər - sakit gündür. Heç bir improvizə etmədən əvvəlcədən hazırladıqları plan üzrə hərəkət edənlər üçün çox məhsuldar olacaq.
İntuisiya səhvə aparır, yelbeyinlik və xudpəsəndlik düzəldilməsi çətin şəraitlər yaradır. Pulla bağlı sövdələşmələr aparmağa dəyməz.
Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz.
Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.
Şir - bu gün çoxlu danışıqlar və müzakirələrlə yadda qalacaq. Əksəriyyət çətin sualların cavabını axtarmağa çalışır.
Hətta ən düzgün insanlar bu gün azca da olsa, hiyləgərlik işlətməyə çalışacaqlar. Günün ikinci yarısı isə məsuliyyət hissi itəcək. Səfərə, özü də təklikdə, çıxmayın.
Qız - başınız özünüzə elə qarışıb ki, başqalarının problemlərini görmürsünüz. Eyni zamanda bu, başqalarında sizin eqoist olduğunuz qənaətini yaratmayacaq. Təhlükə başqa yerdən gəlir. Sizə yarınmağa çalışanların, etimadınızı qazanmaq istəyənlərin əsl məqsədi nədir? Bax bu barədə düşünməyə dəyər.
Dilinizi dinc saxlamağa çalışın, sərt zarafatlarınız kimisə əyləndirə bilər, amma onları eşidənlər arasında qəlbi qırılanların sayı daha çox olacaq.
Tərəzi - babat gündür, dözmək olar. Hərdən narahatlıq keçirəcəksiniz, amma bunların heç biri ciddi səbəbdən qaynaqlanmır.
Planlaşdırdıqlarınızın öhdəsindən asanlıqla gələcəksiniz. Məlahətiniz ətrafdakıların gözünü qamaşdırır. Münasibətlərinizdə diqqətli olun, bugünkü seçiminiz çox yanlış ola bilər. Köhnə dostlarınızı unutmayın. Onlar çətin anda sizi dəstəkləyəcək və darıxmağa qoymayacaqlar.
Əqrəb - çox şey istəyirsiniz. Amma nəyə daha çox can atsanız, onu da əldə edəcəksiniz. Gözlənilmədən müttəfiqləriniz peyda olacaq, başqalarının təcrübələrinə güvənin, yalnız öyrənmək xatirinə səhv etmək lazım deyil. Şəxsi zəmində xoşagəlməzliklər, sarsıntılar ola bilər.
Tanımadığınız və məqsədləri qaranlıq olan adamların işlərinizə burun soxmasına izin verməyin.
Oxatan - bu günə çox ümid olmayın. O, xoş keçsə də, həyatınızda nəyisə köklü surətdə dəyişməyə qadir deyil. Boş xəyallar qurmayın.
Səyahətə çıxmaq, imicinizdə, interyerinizdə nəyisə dəyişmək də kefinizi açmayacaq. Bilirsiniz niyə? - Çünki bütün bunlar özünüzdən, hisslərinizdən qaçmağınız üçün bir səbəbdir. Çox özünüzə qapılmayın. Ancaq düşünüb-daşınmağa dəyər.
Oğlaq - uğura arxayın olmayın, bu gün hər şeyi öz zəhmətiniz və inadınız bahasına əldə edəcəksiniz. Rəhbərliklə, rəsmilərlə münaqişəniz ola bilər.
Siz çox sərbəstsiz, hərdən dözülməz dərəcədə. Çoxları isə bunu intizamsızlıq, yelbeyinlik, məsuliyyətsizlik kimi qəbul edir. Bu gün investisiya yatırmağa dəyməz, ziyana düşərsiniz. Yaxınlarınıza diqqət ayırın. Bir az romantik olun, gəzintiyə çıxın. Bir çox Oğlaqlar bu gün hisslərini etiraf etməkdə çox cəsarətli olacaqlar. Əla! Peşman olmayacaqsınız.
Dolça - düşünməyin ki, bütün dünya sizin əleyhinizə qalxıb. Tezliklə hər şey düzələcək. Maliyyə işlərində ehtiyatlı olun. Sizin üçün vacib olan layihələrin taleyini tanımadığınız insanlara həvalə etməyin. Nüfuzlu şəxslərdən kömək gözləməyin. Təəssüf ki, şəxsi həyatınızda da çətinliklər var. Xüsusilə gənc Dolçalar üçün. Bunun bircə çıxış yolu var - olanları yaxşıca analiz etmək.
Balıqlar - çox ləngsiniz. Əslində, bu, elə də pis deyil, sadəcə, ətrafınızdakılar sizi daim tələsdirməyə çalışacaqlar. Hər şeyi zarafata çevirsəniz də, səbrinizin tükənməsi ehtimalı var.
Unutmayın ki, bu gün bitəcək. Pis davrandığınız insanlar isə yanınızda qalsalar da, qəlbləri qırılacaq. Odur ki, əsəblərinizi cilovlayın.