azia.az
azia.az

“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək oldu

26-07-2019, 18:24

“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək oldu
İnsanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş layihələrə hər zaman xüsusi diqqətlə yanaşan “Nar”-ın eşitmə məhdudiyyətli insanlar üçün təşkil etdiyi “Təlim Məktəbi” layihəsi başa çatıb. Üç ay boyun davam edən layihədə ümumilikdə 45 nəfər 3 fərqli peşə üzrə intensiv kurslarda iştirak edərək aşpaz, şirniyyat ustası və motorçu peşələri üzrə biliklərə yiyələniblər. Bu layihə eyni zamanda, eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edib. Belə ki, layihənin yenicə başa çatmasına baxmayaraq, artıq 7 nəfər müxtəlif biznes qurumlarında işə başlayıb.

“Təlim məktəbini başa vuran iştirakçıların hər biri bacarıqlı və cəmiyyət üçün faydalı fərdlərdir. Onların vaxtında və düzgün istiqamətləndirilməsi çox sevindiricidir. Əminəm ki, bu layihədə iştirak edən hər kəs cəmiyyətdə öz yerini tuta biləcək” – deyə layihənin təlimçisi Bəhrəm Hüseynov bildirib.

Qeyd edək ki, “Nar” və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilib. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda həyata keçirildi. Gələcəkdə isə bölgələrdə də “Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.
“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək oldu
“Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi