Qoz ağacının yarpaqları minbir dərdə dərman imiş – VİDEO
Qoz ağacının yarpaqları qədimdən bəri təbabətdə istifadə olunur. Qoz ağacı mayda yarpaqlamağa başlayır. Müalicə üçün istifadə olunacaq yarpaqları iyunda yığmaq lazımdır.Türk media xəbərlərinə görə, qoz yarpağının ən önəmli faydası bədəndən toksinləri atmasıdır. Müntəzəm olaraq qoz yarpağını dəmləyib içsəniz, orqanizminizdəki zərərli bakteriyalardan və mikroblardan xilas olacaqsınız. Bağırsaq qurdları da qoz yarpağı çayı vasitəsilə təmizlənir. Xərçəngin bütün növlərinin ilkin mərhələsi aşkarlanarsa, qoz yarpağının dəmləməsi tibbi müdaxilənin alternativ vasitəsi sayıla bilər.
Bədxassəli şişlərin böyüməsinə, yəni şişlərdə hüceyrə artımına mane olur. Tərkibində qoz yarpağı dəmləməsi olan kremlər dəridəki yara və cızıqların tez sağalmasına kömək edir. Qoz yarpaqlarını püre halına salaraq şampununuza qatsanız, saçlarınız daha canlı, parlaq, baş dəriniz daha sağlam olacaq.