azia.az
azia.az

Daşnaklar Paşinyanı devirməyə hazırlaşır

30-04-2019, 16:05

Daşnaksütyun Partiyası Ermənistan hökumətinə qarşı etimadsızlıq elan edilməsi prosesini başlatmaq niyyətindədir.
Daşnaklar Paşinyanı devirməyə hazırlaşır
Məlumatı “Qraparak” qəzeti yayıb. “Partiya cari ilin may-iyun aylarında hökumətdən ictimai narazılığın pik həddə çatacağını güman edir. Buna əsas səbəb isə dövlət aparatının optimallaşdırılması siyasəti, “Qazprom Ermənistan”, “Ermənistan Elektrik Şəbəkələri” və “Araratsement”də başlayacaq ixtisarlar olacaq.

Daşnaksütyun həmçinin İşıqlı Ermənistan və Çiçəklənən Ermənistan partiyaları ilə eyni anda deputat mandatlarından imtina vasitəsilə böhranın yaradılması variantlarını da müzakirə edir. Bununla belə, mənbəmiz bu ssenarini reallaşdırmağın çətin olduğunu, amma tərəflərin bu məsələlərin müzakirəsini davam etdirdiyini deyib”, – deyə qəzetin yaydığı xəbərdə bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi