İlham Əliyevin sürətli və çoxgedişli kombinasiyası - intuisiyası prezidenti yanıltmadı
İlham Əliyevin sürətli və çoxgedişli kombinasiyası - intuisiyası prezidenti yanıltmadıDövlət başçısı özünü xalqın arasında “Məhsul”dakı tribunadakı liderlərdən daha komfortlu və rahat hiss edir; icra başçılarının “başları üzərindən” məktubları alan, ona uzanan yüzlərlə əli hətta mühafizə xidmətinin iradəsinə zidd olaraq sıxan prezident obrazı...
Prezident İlham Əliyevin son aylar xüsusilə xalqın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlik fərman və sərəncamları ciddi təhlil edilməkdədir. İlham Əliyevin addımlarını hər nə qədər bəzi müxalifət liderləri “öz adlarına” çıxarmağa çalışsa da, analitik təhlillər onu göstərir ki, prezidentin xüsusilə də sosial sahəyə yönəlik verdiyi qərarlar hansısa situasiyaya uyğunlaşdırılmış deyil, əvvəlcədən hazırlanmış, verilən sərəncamların maddi bazası təhlil edilmiş, hətta sıralanmış qərarlardır. Əlbəttə ki, rəğbətlə qarşılanan sosial addımların üzərində prezidentin iqtisadi komandası işləyib, hazırlayıb və imzalanmaq üçün təqdim edib. Amma elə həmin iqtisadi komanda üzvlərinin açıqlamalarından da aydın olur ki, bu qərarlarda da əsas ağırlıq məhz prezidentin iradəsinə, onun son sözünə, müdaxilələrinə bağlı olub.