azia.az
azia.az

Rusiya kəşfiyyatı: “Bakıda mitinqçilər məxfi sənədləri ələ keçirmək istəyirdilər”

19-12-2018, 14:05

Rusiya kəşfiyyatı: “Bakıda mitinqçilər məxfi sənədləri ələ keçirmək istəyirdilər”
1980-ci illərin sonlarında SSRİ ərazisində millətlərarası konflikt alovlananda münaqişə zonalarında hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması, hərbi personalın nümayişlərə cəlb edilməsinin qarşısının alınması xüsusi bölmələrin qarşısında duran əsas məsələ idi.

AZİA.AZ saytının məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat Departamentinin rəhbəri, general-polkovnik Nikolay Yuryev TASS agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, xüsusi bölmələr mitinq iştirakçılarının silah-sursatları ələ keçirmək cəhdlərinin qarşısının alınması üçün tədbirlər görürdülər.

Nikolay Yuryev 1990-cı ilin yanvarında Bakıda cərəyan edən proseslərin fonunda fikrini izah etməyə çalışıb:

“Sizə bir nümunə gətirəcəyəm. 1990-cı ilin yanvarında Bakıda mitinqlə başlayan zaman aksiyaların xüsusi iştirakçıları dəfələrlə Xəzər Donanmasının silah və məxfi sənədlərini ələ keçirməyə cəhd göstərdilər. Nümayişçilər hərbi-əks kəşfiyyatçılardan tələb edirdilər ki, məxfi sənədləri onlara versinlər”-deyə Nikolay Yuryev bildirib.

General-polkovnik söyləyib ki, yaranmış situasiya ilə bağlı dərin bilgiləri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Xəzər Donanması üzrə Xüsusi Şöbəsinin rəisi 1-ci dərəcli kapitan German Uqryumov qarşı tərəfə texnika, silah və sənədlə dolu karvanların hərəkət marşrutu barədə dezionformasiyalar ötürməyə imkan verirdi.

“Bu, silahlıların hazırladığı pusquları məharətlə yarmağa, Xüsusi Şöbənin arxivini, silahlarını itkisiz çıxarmağa yardım etdi. Xəzər Donanmasının döyüş texnikasının əsas hissəsini çıxarmağa, əks-kəşfiyyatçıların və dənizçilərin ailələrinin evakuasiyasına şərait yaratdı. O, Bakını sonuncu tərk etdi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi