İranda Paşinyana niyə Zəngəzur xəbərdarlığı ?– Pezeşkianın hədəfi haradır?
İran İslam Respublikası TRIPP layihəsi (Zəngəzur dəhlizi.red) ilə bağlı sərt mövqeyini davam etdirir. Rəsmi Tehran marşrutun reallaşdırılmasına qarşı mövqeyini bir daha vurğulayıb.
Belə ki, iyulun 4-də mərhum ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasındakı dialoq diqqət çəkib. Pezeşkian Paşinyana regiondan kənar aktorların müdaxiləsinin bölgənin problemlərini həll etmədiyini, əksinə, çətinlik yaratdığını bildirib. Bu, İran rəhbərliyinin İrəvana ABŞ-ın təşəbbüsü ilə həyata keçirilməsi planlanan TRIPP layihəsi ilə bağlı mesajı kimi dəyərləndirilib.
Bəyanatlarda Ermənistanın da adı çəkilsə də, ekspertlər hesab edirlər ki, əsas mesaj məhz Azərbaycana ünvanlanıb.
İranın bu ritorikasının arxasında hansı məqsədlər dayanır? Tehranın regionla bağlı planları nədən ibarətdir?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, İran TRIPP marşrutu ilə bağlı öz ənənəvi üslubunu həyata keçirir:
“Bəzi rəsmi şəxslər bu layihə ilə bağlı Ermənistana, bəziləri isə Azərbaycana qarşı nələrsə deyir. Ümumilikdə isə aydın məsələdir ki, ABŞ-İran münasibətləri tam sistemə oturuşmayana qədər Tehran layihəyə şübhə ilə baxacaq.

Fərhad Məmmədov
Fikrimcə, əsas müzakirələr və iddialar İrəvandadır. Çünki bu layihə Ermənistan ərazisindən keçir və layihəni ABŞ-ın Ermənistandakı şirkəti həyata keçirir. Ona görə də, məsələ Ermənistan-İran münasibətləri kontekstində həll edilməlidir”.
Turan Rzayev
Globalinfo.az