azia.az
azia.az

BMT-də seksual istismarlar baş alıb gedirmiş

14-02-2018, 01:08

BMT-də seksual istismarlar baş alıb gedirmiş


İş yerlərində qadınların seksual istismara məruz qalması problemi dünyada olduqca aktuallaşıb. Xüsusislə Hollivud rejissoru və prodüseri Harvi Vanşteynlə bağlı çıxan qalmaqallı xəbərlərdən sonra məsələ ətrafında ictimai təqib və təhqiqatlar daha da ciddiləşdirilib.

Məsələ ilə əlaqədar İsveçrənin “Le Temps” qəzetinin yazarı Nadya Furti maraqlı məqalə yazıb.

Furti bu dəfə dünyanın ən ali və mötəbər beynəlxalq qurumunda, yəni Birləşmiş Millətlər Təşkilatında (BMT) baş verən seksual qalmaqallardan yazıb.

Məqalədə deyilir ki, 2015-ci ilin fevralın 6-da humanitar yardım məsələləri üzrə əməkdaş və gender istiqaməti üzrə mütəxəssis Meqan Robert Cənubi Sudanın Bentiu şəhərində YUNİSEF təşkilatında çalışanlardan biri tərəfindən narkotiklə uydurularaq zorlanıb.

Meqan Robertin sözlərinə görə, bu təcavüz hadisəsindən sonra o, mənsub olduğu qeyri-hökumət təşkilatı tərəfindən heç bir dəstək görməyib. Yaxınlarından uzaq düşən qadın cinsi yolla ona keçən xəstəliklə bağlı həkim yardımını da təkbaşına axtarmalı olub. Bununla bağlı o, YUNİSEF-in Nyu-Yorkda yerləşən mərkəzi ofisi ilə əlaqə saxlayıb və onlardan təhqiqat aparılmasını tələb edib.

İlk zamanlarda situasiyanın ciddiliyini söyləyən beynəlxalq təşkilatın məmurları sonradan təcavüzkarın təşkilatın yan bölümünə aid olduğunu bilən kimi işdən aralanmağa çalışıblar.

“Nobertlə bağlı hadisə humantar yardımla məşğul olan işçilərin, xüsusilə də qadınların hansı vəziyyətdə çalışdıqlarını və onlara qarşı seksual cinayət törədənlərin cəzasız qaldığını göstərir”, - məqalədə yazılıb.

Bununla bağlı olaraq Nobert 2015-ci ilsə “Report The Abuse” adlı QHT-ni təsis edib. Bu təşkilat seksual istismara məruz qaldığını söyləyən humanitar təşkilatların əməkdaşlarına öz dərdlərini çatdırmağa imkan verirmiş.

Lakin sözügedən QHT maliyyə çatışmazlığı ucbatından öz fəaliyyətinə 2017-ci ildə xitam verməyə məcbur olub. Buna rəğmən təşkilatın əldə etdiyi statistik məlumatlar və hazırlanan məruzə olduqca dəyərlidir.

Məruzədə BMT işçiləri arasında seksual sataşmaların 56%-nin həmkarları tərəfindən törədildiyi göstərib. 66%-i isə şəxsən bu cür istismarın qurbanı olduqlarını etiraf ediblər.

2017-ci ilin noyabrında BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik həmin ilin iyul-sentyabr aylarında təşkilatın məmurları tərəfindən öz işçilərnə qarşı 31 seksual istismar barədə siqnal aldıqlarını söyləyib.

Bununla əlaqədar başqa faktlar da mövcuddur.

BMT-nin Cenevrədə yerləşən Qaçqınlar üzrə Ali Komissarının Baş İdarəsinin rəsmi nümayəndəsi Sesil Puyi 2017-ci ildə təşkilatın 64 belə şikayət aldğını söyləyib. 2016-c ildə də eyni qurum bu tipdə 26 daxili şikayət aldığını qeyd edib.

Nobert hələ bir çox qurbanın öz iş yerlərini itirmək qorxusu ilə günahkarları cəzalandırmaqdan çəkindiyini söyləyir.

BMT-nin indiki baş katibi Antoniu Quterreş problemlə əlaqədar təşkilatın reqlamentinə sərt qaydalar gətirilməsini tapşırıb. Quterreş bu kimi hallarda BMT-yə daxil olan təşkilarların kollektiv məsuliyyət daşıması prisnipini tətbiq edəcəklərini bəyan edib.

Yeni baş katib bunun üçün hətta şəxsi aparatıının yarısını yalnız qadınlardan təşkil edilməsinə nail olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi