azia.az
azia.az

Partiya sədrindən nazirliyə sərt sözlər: “Deyin ki, bacarmırıq”

Bu gün, 15:15

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovdan sitat: “Elektromobil və “hibrid”lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır”.

Rəsmən dolayıblar insanları, hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, “vintaçanla” yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir, hardadı o yerli istehsal olan elektik və hibrid maşınlar?.

Xəbər verilir ki, Nicat İmanovun sözlərindən sitat gətirən REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, hər açıqlamaları etiraz doğurur:

“Hökumət, ümumiyyətlə, “istehsal” nəyə deyir, necə görür?

Məsələn, Türkiyədə 13 avtomobil istehsalı zavodu var (Renault, Ford, FIAT, Hyundai, Toyota və s.), onların detallarının 35-45% arası elə Türkiyədə istehsal olunur, avtomobil istehsalının yan sənayesi yaranıb, yan sənayedə onminlərlə iş yeri açlılıb, ümumiyyətlə isə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır.

İstehsal budur, yoxsa təkcə təkərinin havası yerli olan vintaçanla maşın yığırlar, o da satılmır, yığılan maşınların yarıdan çoxunun “müştərisi” dövlət-hökumət orqanları, yəni, büdcədir, adına da “istehsal” qoyurlar.

Bu qədər də olmaz da, deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb, indi gəlirlər azalır, biz də vergi-rüsum-cərimələri artırırıq ki, büdcədə yaranmış problemləri həll edək – belə deyin, daha səmimi görünəcəksiniz, hər açıqlamalarınız da bu qədər etiraz doğurmaz”.

Gülşən Rəsul


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi