Putin Türkiyəyə təşəkkür etdi
Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Ukrayna nizamlanmasında xüsusi rol oynamağa davam edəcəyinə əmindir.
Xəbər verilir ki, o, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Çində görüşündə deyib.
“Biz türk dostlarımıza Ukrayna böhranının həlli istiqamətində siyasi və diplomatik səylərə əhəmiyyətli töhfələrinə görə minnətdarıq. Bu ilin may ayından etibarən İstanbulda Rusiya-Ukrayna birbaşa danışıqlarının üç raundu artıq keçirilib, bu da humanitar sahədə bir sıra praktiki məsələnin həllində irəliləyiş əldə etməyə imkan verib. Əminəm ki, Türkiyənin bu məsələlərdə xüsusi rolu bundan sonra da tələb olunacaq”, - o bildirib.