azia.az
azia.az

Netayahudan İran xalqına müraciət: “Xamaneyi rejimi bizdən yox, sizdən qorxur”

13-11-2024, 10:54

İsrailin Baş naziri Benyamin Netanyahu İran vətəndaşlarına müraciət edib.

Bu barədə “The Times of Israel”-ə istinadən xəbər verilir.

 Onun sözlərinə görə, İslam ölkəsinin hakimiyyəti oktyabrda yəhudi dövlətinə hücum zamanı artıq 2,3 milyard dollar xərcləyib. Hökumət başçısının sözlərinə görə, növbəti belə hücum İran iqtisadiyyatını faktiki olaraq məhv edəcək.

“Xameneyi rejimi (İranın ali lideri – red.) ölkəyə yüzlərlə ballistik raket atıb. O, sizə bu hücumun nə qədər başa gəldiyini söylədi? Mən təxminlər etmirəm. Bu, 2,3 milyard dollara başa gəlib”, - Netanyahu vurğulayıb.

Eyni zamanda, Baş nazir İranın hücumunun mənasız olduğunu qeyd edib.

“Xameneyi rejiminin İsraildən daha çox qorxduğu bir şey var. Bu sizsiniz, İran xalqı... Mən pıçıltıları eşidirəm: qadınlar, həyat, azadlıq”, - Netanyahu bildirib.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi