azia.az
azia.az

Hikmət Hacıyev: İrəvan, BCM üzvü kimi, Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır

17-10-2024, 09:01

Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi, 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır.

Xəbər verilir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

"17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir. BCM üzvü kimi Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır", - o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi