azia.az
azia.az

"Zelenskinin problemləri çoxdur və çıxış yolunu seçkiyə getməkdə görür" - Politoloq

1-10-2024, 09:48

"Zelenskinin hər hansı bir qələbə planı yoxdur. Onun yenidən prezident seçilmək planı var". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Ukrayna prezidenti Volodimir Zelenskinin haqqında danışılan qələbə planının olub-olmadığına aydınlıq gətirərkən deyib.

"Zelenski ABŞ-a üz tutdu. O, gözəl bilirdi ki, ABŞ-dakı danışıqlar ona dəstək baxımından böyük uğur gətirməyəcək. Onun istəyi yalnız odur ki, müharibə dayanan kimi prezident seçkiləri keçirib, yenidən dövlət başçısı olsun. İndi Ukraynada sosial vəziyyət gərgindir, dağıntılar həddən artıq böyükdür. Büdcədə 30 milyard dollar civarında defisit var. Ona görə də qarşıdakı dövrdə Zelenski daha çox bu problemlərin həllinə köklənəcək. Hərbi plan isə onun üçün əlçatmaz oldu. O, indi insanların ehtiyacını ödəmək barədə düşünür ki, yenidən prezident ola bilsin", deyə Tofiq Abbasov bildirib.
 


Ekspertin sözlərinə görə, Zelenski çalışacaq ki, mətbuat orqanlar inhisarında qalsın:


"Zelenski oliqarxlarla münasibətləri də tənzimləməyə çalışacaq ki, seçki kampaniyası başlasa, özü üçün əlverişli konyuktura formalaşdırsın".
 
Ekspertin qənaətincə, Zelenski üçün yeganə risk müharibə iştirakçılarının onun üzünə durması ola bilər:

"Rusiya azı 4 bölgəni özünə götürəcək. Yaranmış vəziyyətdə Zelenskinin yeganə riski müharibədə döyüşən hərbçilərin onun üzünə durması ola bilər. Ukraynanın resursu tükənib. Onun nəsə əldə etmək üçün heç bir şansı yoxdur. Siyasi, hərbi, psixoloji cəhətdən Zelenskinin problemləri çoxdur və çıxış yolunu prezident seçkilərinə getməkdə görür".
 
Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ukraynalılara Zelenskinin "qələbə planı"nın artıq amerikalılara məlum olan gizli məqamlarının göstərilməyəcəyini deyib: "İctimaiyyətə çıxan hər şeyi təkcə biz deyil, düşmən də eşidir. Buna görə də, təbii ki, bu planın bəzi təfərrüatları bağlı saxlanılacaq".

Bu açıqlama istər-istəməz Zelenskinin belə bir qələbə planının ümumiyyətlə olmadığı düşüncəsinin formalaşmasına da gətirib çıxara bilər. 

Rüfət Sultan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi