Zəngəzurda Azərbaycanla sərhəd xəttinin uzunluğa və Qarabağa neçə kilometr qaldığını göstərən lövhələr sökülüb.
Azia.az blogu Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Oragir Ermənistan” məlumat yayıb.
Nəşr yazır ki, yeni quraşdırılan lövhələrdə yalnız sərhəddə yerləşən Dığ, Kornidzor kimi ətraf kəndlərə gedən yol göstərilir:
“Əvvəllər buradakı lövhədə Berdzora (Laçın-red.), hətta konkret Stepanakertə (Xankəndi-red.) nə qədər məsafənin qaldığı göstərilirdi. Lakin artıq bu adlar lövhədən tamamilə silinib. Həmçinin Ermənistan sərhədinin uzunluğunun da dəqiq nə qədər olduğu qeyd edilməyib”.