azia.az
azia.az

Parlament seçkilərinə sədrsiz gedən siyasi partiyalar - SİYAHI

18-07-2024, 15:08

Azərbaycanda parlament seçkilərinə sayılı günlər qalır. Seçki öncəsi siyasi partiyalar, müstəqil şəxslər, QHT və media nümayəndələri namizədliklərini irəli sürməyə davam edirlər.
 
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək ola dövrü əhatə edəcək.
 
Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
 
Bəzi siyasi partiyaların üzvləri seçkilərdə iştirak edəcəyini açıqlasa da, partiya sədrləri müəyyən səbəblərdən seçkilərdə iştirak etməyəcək.
 
AZXEBER.COM seçkilərdə sədrlərinin iştirak etməyəcəyi partiyaları təqdim edir: 
 
Hazırda parlamentdə 3 deputatla ana müxalifət olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qarşıdan gələn seçkilərdə iştirak etməyəcək. Onun deputat seçildiyi 70 saylı Neftçala seçki dairəsindən Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri, VHP-nin sədrinin müşaviri Tənzilə Rüstəmxanlı mübarizə apacaq. Partiyadan deputat seçilən Fəzail İbrahimli və Rafael Hüseynov da seçki yarışına qoşulub. 
 
"Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı da bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib. O, səhhətində olan problemlərə görə seçkilərə qatılmayacağını söyləyib. 
 

Onun sözlərinə görə, deputat seçildiyi 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən qızı namizəd olacaq. 

Ümid Partiyasının sədri İqbal Ağazadə də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.


Rəhbərlik etdiyi partiya isə növbədənkənar parlament seçkilərində 30 nəfərdən yuxarı namizədlə iştirak edəcək. 
 
Müsavat Partiyasının başqanı İsa Qəmbər də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Müsavat partiyası isə seçkilərdə 34 namizədlə iştirak etməyi planlaşdırır. 
 
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hələ ki səçki ilə bağlı qərarını açıqlamayıb. Onun partiyası isə seçkilərdə iştirak edəcək. 

Altay
 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi