azia.az
azia.az

Türkiyə nümayəndə heyətinin üzvü: "AŞPA Azərbaycansız natamam bir qurum olacaq"

25-01-2024, 10:30

"AŞPA Azərbaycansız natamam bir qurum olacaq".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumun qış sessiyası zamanı bildirib.

"Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır.

Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var", - Z.Yıldız deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi