azia.az
azia.az

Paşinyanla bağlı bu görüntülər təşviş doğurdu: nələr baş verir? – VİDEO

18-12-2023, 08:58

Ermənistanın Baş naziri Nikol Paşinyanın Gümrü səfərindən yayılan görüntülər ölkədə müzakirələrə səbəb olub.

Xəbər verilir ki, Paşinyanın rəsmi kortejinin sayı ciddi şəkildə artırılıb.

Məlumata görə, mühafizə gücləndirilib.

Son aylarda N.Paşinyanın səfərləri zamanı yoxlamaların gücləndirilməsi diqqət çəkib. Xüsusilə Gümrü səfərindən yayılan görüntülərdə çox sayda rəsmi və polis avtomobilinin olduğu görünür. Sözügedən video sosial şəbəkələrdə “Paşinyanın korteji Ramzan Kadırovu keçib” başlığı ilə paylaşılır.


Bütün bunlar Paşinyana qarşı sui-qəsd cəhdlərinin olması ehtimalını bir daha gündəmə gətirib.

Görüntüləri təqdim edirik:

Qeyd edək ki, baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan dekabrın 16-da Gümrüyə səfər ediblər.

Əliyar Xəlil


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi