azia.az
azia.az

Fransa və Almaniya arasındakı ziddiyyət Ukraynadakı duruma mənfi təsir göstərir

4-10-2023, 14:50

Fransa və Almaniya arasındakı ziddiyyət Ukraynadakı duruma mənfi təsir göstərir.

Azia.az  Report-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Bildirilib ki, bu gərginlik xüsusilə Avropa İttifaqı səviyyəsində qərarların qəbuluna, həmçinin, Ukraynaya yardımın ləngiməsinə təsir edir.

Qeyd olunub ki, Berlin və Paris arasında konsensus yoxdur: “Bunun əsas səbəbi isə prezidentlər - Olaf Şoltsla Emmanuel Makronun yola getməməsidir. Onlar bir otaqda oturub hər şeyi müzakirə etməlidirlər. Əks halda, konsensus əldə etmək çətin olacaq”.

Nəşrin yazdığına görə, ölkələr arasında gərginlik 1 ildən artıqdır davam edir.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində (KİV) yayılan məlumatlara görə, son vaxtlar Qərbin Ukraynaya dəstəyi azalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi