azia.az
azia.az

Rusiya Türkiyədəki prezident seçkilərində kimi dəstəkləyəcək? - Moskvanın cavabı gündəm oldu

8-04-2023, 01:26

Xəbər verdiyimiz kimi Ankarada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, mətbuat konfransında Lavrova Türkiyədə 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı sual ünvanlanıb. Lavrov ABŞ-ı işarə edərək suala belə cavab verib:

"Məni heç kimlə səhv salmadın, eləmi? Rusiya heç kimin daxili işlərinə qarışmır. Biz seçki proseslərinin bir parçası deyilik. Onlar həmişə öz demokratik prosedurlarını qanuna uyğun şəkildə həyata keçirirlər. Bu, suveren ölkənin öz işidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi