azia.az
azia.az

"Rəsmi Moskva siyasi qərar verməlidir" - Aşotyan

15-12-2022, 11:39


“Rəsmi Moskva siyasi qərar verməlidir”.

Azia.az xəbər verir ki, bunu Respublika partiyası sədrinin müavini Armen Aşotyan deyib.

''Qoy beynəlxalq ictimaiyyət görsün ki, ermənilər Qarabağı tərk etməyiblər.

Diaspordan olan soydaşlarımız, indi siyasi hakimiyyətləriniz vasitəsilə səhnəyə çıxmaq və Qarabağa döyüşmək, müqavimət göstərmək üçün kömək etmək zamanıdır. Yeni il təbrikləri əvəzinə deputatlarınızın, nazirlərinizin poçt qutularını məktublarla doldurun. 44 günlük müharibə günlərində olduğu kimi yolları, magistralları bağlayın. Diaspor, Qarabağın sizə ehtiyacı var. Bunu unutmayın”, – deyə o bildirib.

Aşotyan Rusiya sülhməramlılarından razılığını bildirib.

“Mən bilirəm ki, daha qətiyyətli hərəkətə ehtiyac var və bunun üçün siyasi həll lazımdır. Rəsmi Moskva belə bir siyasi qərar verməlidir”,- Aşotyan deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi