Artıq iki gündür ki Azərbaycan QHT nümayəndələri, ictimai fəallar və könüllülər Laçın dəhlizində etiraz aksiyası keçirir. Bu səbəbdən Ermənistandan Xankındinə və əks istiqamətdə hərəkət məhdudlaşdırılıb. Qarabağda yaşayan ermənilər, eləcə də separatçı qurumun təmsilçiləri baş verənlərlə əlaqədar Ermənistan rəhbərliyini günahlandırır, Laçın dəhlizinin açılması üçün təcili tədbirlər görməyi tələb edirlər. Ermənistanda isə reaksiyalar özünü çox gözlətməyib.
Bakupost.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, Paşinyanın rəhbərlik etdiyi "Mülki Müdafiə" Partiyasından olan deputatlar separatçıların tənqidlərinə maraqlı reaksiya veriblər.
“Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan deyib: "Qarabağ xalqı Ermənistan hökumətindən nə istəyir? Azərbaycana müharibə elan edək?"
Paşinyanın partiyasından olan digər deputat Qagik Melkonyan da Ermənistan hökumətinin bu məsələ ilə bağlı tədbir görməkdə aciz olduğunu etiraf edib.
“Biz bu məsələyə qarışa bilmərik, Laçın dəhlizi bizim işimiz deyil. Qarabağ xalqının təhlükəsizliyinin qarantı Rusiya sülhməramlılarıdır. Qoy onlar da bu xalqı qorusunlar”, - deyə Qagik Melkonyan bildirib.