azia.az
azia.az

"Sərhəddə gərginlikdir, hakimiyyət isə yolka bəzəmək və alverlə məşğuldur" - Manukyan

30-11-2022, 14:16


“Sərhəddə gərginlikdir, hakimiyyət isə xırda məsələlərlə məşğul olur”.

Azia.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan öz Facebook səhifəsində yazıb.

Sərhəddə, Qarabağda gərginlik həddi aşır. Vaxtaşırı gərginliyin davam etdiyini bildirilir.

“Bəs bu zaman ölkənin müdafiə naziri və məsul şəxsləri nə edir? Heç nə. Onlar Sayat-Nova prospektində məntəqəyə toplaşaraq “Vətəndaş müqaviləsi” ilə bağlı məsələləri müzakirə ediblər. Partiyaya sədr müavinləri təyin etdilər, bəzi əhəmiyyətsiz məsələləri həll etdilər.

Sərhəddə isə vəziyyət gərgin idi və yenə də gərgin olaraq qalır. Hamı narahatdır, hamı gərgindir. Bunlar isə ancaq yolka bəzəmək, işıqlar asmaq və dominant xırda ticarəti ilə məşğuldur”, – deyə Manukyan yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi