"Qəribə müharibə: Paris və Tehran İsrailin müttəfiqinə qarşı" - Fransa nəşri
“Fransa və İran İsrailin müttəfiqinə qarşı müharibə aparır”.
Xəbər verilir ki, Fransanın nüfuzlu nəşrlərindən olan jewishpress.com bu başlıq altında məqalə dərc edib.
Məqaləni olduğu kimi təqdim edirik:
“Ukraynadakı müharibə bütün dünyaya dağıdıcı təsir göstərdi və müxtəlif ölkələr arasında çox qəribə və mürəkkəb əlaqələri, ittifaqları səthə çıxardı.
Ən sonuncusu isə Qafqazda Azərbaycan və İsrailə qarşı birləşən Fransa, İran və Rusiya arasında qəribə birlikdir.
1991-ci ildə SSRİ-nin süqutu nəticəsində bu dağlıq bölgə olduqca qeyri-sabit vəziyyətə düşüb. Aralarında böyük “mübahisəli” torpaq sahəsi olan Qarabağ ərazisinə görə Ermənistan və Azərbaycan 30 ildir ki, münaqişədədir. BMT tərəfindən tanınan Azərbaycan ərazisi uğrunda 2020-ci ildə amansız döyüşlər getdi və Bakı Qarabağın əksər hissəsinə nəzarəti geri qaytardı.
Azərbaycan onun əsas enerji resursları tədarükçüsü olduğundan və təsdiqlənməmiş mənbələrə görə cənub qonşusu İranla bağlı külli miqdarda kəşfiyyat məlumatı əldə etdiyi üçün İsrail rəsmi Bakını müasir silahlarla təchiz etməklə ona dəstək olub.
2022-ci ilin yayından etibarən Ermənistan və Azərbaycan arasında sərhəd mübahisələrində yenidən canlanma müşahidə olunur. Və bu yenidən ağır silahların iştirakı ilə silahlı münaqişəyə çevrilir.
Ermənistanın əsas silah tədarükçüləri Rusiya və İrandır.
Rusiya Ermənistanı digər keçmiş sovet respublikaları kimi özünün mülki hesab edərək, onun üzərində adət-ənənə təsirini saxlamaq istəyir. Rusiya da Azərbaycanı Avropaya qaz və neft tədarükü məsələsində ciddi rəqib kimi görür. Bundan başqa, Azərbaycan Rusiya ərazisindən tamamilə yan keçməklə Şərqdən Aİ-yə gedən əsas alternativ ticarət yoludur.
İran Ermənistanı Aİ-yə yeganə ticarət yolu kimi görür və Azərbaycanın İsraillə müttəfiqliyini real təhlükə kimi qəbul edir.
Bunu İran İnqilabı Keşikçiləri Korpusu (İran İnqilabı Keşikçiləri Korpusu – ABŞ-da xarici terror təşkilatı siyahısındadır) strateji yüksəklikləri ələ keçirmək, Azərbaycan ərazisinə hərbi müdaxiləni imitasiya edən İranın şimal-qərb bölgəsində keçirdiyi son hərbi təlimlər də təsdiqləyib.
İran İnqilabı Keşikçiləri Korpusu təlimlərinin səbəblərini açıqlayarkən İsrailin Şimali İranda mövcud etirazları qızışdırmaq üçün Azərbaycandan kəşfiyyat bazası kimi istifadə etdiyini açıq şəkildə iddia edib.
İran üzrə erməni ekspert Vardan Voskanyanın fikrincə, SEPAH-ın təlimləri anti-Azərbaycan xarakterlidir və İranın “Şahed 136” kamikadze pilotsuz uçuş aparatlarnın (PUA) imkanlarına əsaslanır.
Fransaya baxaq. 2022-ci il noyabrın 15-də Fransa senatında “Ermənistana qarşı cinayətlər və əsassız təcavüz” iddiası ilə Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı səsvermə keçirilməsi planlaşdırılır. Bu sanksiyalara Azərbaycandan neft və qaz embarqosu da daxildir.
Erməni lobbisinin bu sanksiyaların qüvvəyə minməsi üçün səs verməsi üçün təzyiqə məruz qalan Fransa parlamentinin yuxarı palatasının üzvləri Aİ-nin qalan hissəsini də Azərbaycanın neft və qaz ixracını boykot etməyə məcbur etməyə ümid edirlər. Həm də Ermənistana ağır silahlar vermək istəyirlər.
Bu sanksiyalardan və silah təchizatından kimlər faydalanacaq?
Ən əsası Rusiya – ona görə ki, əvvəllər qeyd edildiyi kimi, Azərbaycan Avropada onun enerji sahəsində əsas rəqibidir.
İran – çünki o, İsrailin müttəfiqinin zəifləməsindən və Fransanın Ermənistana müasir silah tədarükündən çox qazanacaq.
Fransa niyə İran və Rusiya ilə birləşir?
Diaspora görə Ermənistan Avropada, xüsusən də Fransada əhəmiyyətli təsirə malik nəhəng lobbiyə malikdir. Düşünmək olar ki, Fransadakı ermənilər niyə Rusiyayönlü və İranyönlü qərarlar qəbul etməyə çalışırlar? Ola bilər ki, ruslar bu diaspora təsir edir?
Lakin fransız siyasətçilərinin və Parisdəki erməni lobbisinin səbəbləri nə olursa olsun, hərəkətləri İsrail, digər Qərb dövlətləri və hətta neftlə zəngin Fars körfəzi ölkələri üçün birbaşa təhlükədir. Onlar yəhudi dövləti ilə “İbrahim müqaviləsi”ni imzalayıblar və Tehran tərəfindən də düşmən kimi qəbul edilir.
İran silahlarından “Ənsar Allah” kimi tanınan qrup tərəfindən Yəməndəki Səudiyyə hədəflərinə qarşı istifadə edilib və İran bu silahlardan BƏƏ-yə qarşı da ekstremist qruplar tərəfindən istifadə ediləcəyini planlaşdırır.
Ötən həftə bir qrup azərbaycanlı fəal Fransa Senatına müraciət edərək, onu bu “sanksiya və embarqo” absurdluğuna son qoymağa, həm ermənilərə, həm də azərbaycanlılara fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb. Çünki danışıqlar artıq gedir və xeyli irəliləyiş əldə olunub.
Görünür, hər hansı sağlam düşüncəli insan – azərbaycanlı, israilli və ya avropalı sülhə dəstək və şans verməlidir”.
Xuraman Etibarlı,