azia.az
azia.az

“Hara tələsirik?” – Zərdüşt Əlizadədən Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı AÇIQLAMA

30-11-2022, 13:23


İşğaldan azad olunmuş ərazilərdə 2021-ci il Ermənistan istehsalı olan minalar aşkarlanıb. Minaların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirildiyi ehtimal edilir. Bu səbəbdən də Laçın dəhlizinin bağlanması, dəhlizə tam nəzarətin Azərbaycana keçməsi ilə bağlı təkliflər səsləndirilməkdədir.

 

Maraqlıdır, Azərbaycan Laçın dəhlizinə tam nəzarəti təmin edərək Rusiya sülhməramlılarını həmin ərazidən kənarlaşdıra bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə hazırkı reallıqda bunu təmin etmək real görünmür:

 

Zərdüşt Əlizadə: “Paşinyan müharibəni qəsdən uduzur”


“Azərbaycan Respublikasının öz qanuni ərazisi olan Laçın rayonundan keçən yola hansısa nəzarət mexanizmi, sərhəd keçid məntəqəsi qurmaq, oradan keçən yükləri yoxlamaq imkanları var. Lakin bu, Azərbaycanın Rusiya ilə ciddi qarşıdurmaya getməsi, Rusiyanı açıq şəkildə ittiham etməsi anlamına gələcək. Əgər bu və digər məsələlər açıq şəkildə deyilmirsə, o zaman məsələ fərqli şəkildə çatdırılır. Məsələn, Sarıbaba istiqamətində tapılan minaların 44 günlük müharibədən sonra Laçın dəhlizi vasitəsilə Azərbaycana keçirilməsi yönündə açıqlamalar verilir. Bu, o deməkdir ki, həmin minaları Rusiya sülhməramlıları keçirib. Yəni hər şey real gücdən asılıdır. Azərbaycanın hazırkı real gücü bizə imkan vermir ki, biz Rusiyanı açıq ittiham edərək çirkli oyunlarını dünyaya bəyan edək”.

 

Politoloq Azərbaycanın Qarabağ üzərində nəzarətini zamanla tam bərpa edəcəyini qeyd edib:

 

“İndiki məqamda bu qarşıdurma lazım deyil. Bundan başqa sual vermək lazımdır ki, biz nə üçün tələsməliyik? Artıq Rusiya tədricən  zəifləyir, imkanları məhdudlaşır, Ermənistan içəridən laxlayır. Yəni hadisələr istədiyimiz məcrada inkişaf edir və bir müddət sonra artıq Azərbaycan Qarabağ üzərinə nəzarəti tam bərpa edəcək. Bizi kim qovur, hara tələsirik? Rusiyanın siyasi nüfuzu azalır, maliyyə imkanları zəifləyir. Biz sadəcə gözləməliyik ki, müəyyən zaman keçsin. Azərbaycan indi dağın başında dayanıb gedən prosesləri izləyir. İndi diplomatik məharətdən istifadə edib vəziyyəti gərginləşdirməməliyik.  Qarabağda quruculuq işlərini daha da gücləndirməli, Ermənistana təzyiqi artırmalıyıq”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi