azia.az
azia.az

Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər

21-10-2022, 10:00


Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-yə sənəd göndərib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi