ABŞ prezidenti Donald Tramp Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq niyyətindən dönməyib.
Bu barədə Ağ Evdə keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
“Prezident əvvəlki kimi Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq əzmindədir. Əgər Rusiya bizimlə İŞİD-ə qarşı mübarizə aparmaq istəyirsə, bu gözəl haldır. Bu baxımdan, heç nə dəyişməyib”, deyə Ş.Spayser vurğulayıb.