azia.az
azia.az

Azərbaycan lideri: "Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik"

6-10-2022, 18:11


"Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik".

"Report" xəbər verir ki, bu sözləri oktyabrın 6-da Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azadlıq Radiosu" jurnalistinin sualına cavabında bildirib.

"Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik", - Azərbaycan Prezidenti deyib.

"Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq - buna ümid edirik", - Azərbaycan Prezidenti əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi