Avropadakı diaspor rəhbəri küçə adamı səviyyəsində: - “Şalvarını çıxardacam”+Səs yazısı
İsveçdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin rəhbıri Rahim Sadıqbəyli Diaspor Komitəsinin fəaliyyətini kəskin tənqid edən İSBAM sədri Samir Adıgözəllini təhdid və təhqir edib. Samir Adıgözəlli özünün Feysbuk səhifəsində bunu sübut edən səs yazısı paylaşıb. Həmin səs yazısından görünür ki, Rahim Sadıqbəyli özünü Diaspor Komitəsinin rəhbəri Fuad Muradovun yaxın dostu kimi təqdim edir.
Təhqir və təhdidə məruz qalan Samir Adıgözəllinin məsələyə münadibəti belə olub:
“İndi görün , Diaspor Komitəsinin rəhbəri Fuad Muradov onu tənqid edən oponentləri ilə necə və hansı üsullarla mübarizə aparır? Huriyyət.tv internet televiziyasının efirindən Fuad Muradovun yarıtmaz fəaliyyətini tənqid etdiyim səbəbindən Stoqholumda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rahim Sadıqbəyli tərəfindən hədələnib və təhqir edilmişəm. Fuad Muradovun yaxın dostu kimi özünü təqdim edən şəxsin mənə ünvanladığı hədə və təhqirləri sübut edən səs yazısının bir hissəsini təqdim edirəm. Görün, Azərbaycan dövlətinin pulunu Fuad Muradov hansı əxlaqda olan adamlara xərcləyir. Mən onların səviyyəsinə enib, söyüşə söyüşlə cavab vermirəm. Ancaq əlaqədar qurumlardan bu məsələni nəzarətə götürmələrini və Fuad Muradovun hədələrindən məni qorumağı tələb edirəm.
P. S. Səslənən qeyri-etik ifadələrə görə izləyicilərdən üzr istəyirəm. Hələ bəzi ifadələrin üstü bağlanıb”.DİA.AZ