Fuad Muradov qurultayın xərcini KİMLƏRİN BOYNUNA QOYUB? - İLGİNC
Fuad Muradovun rəhbəri olduğu Diaspor Komitəsi aprelin 23-də dünya azərbaycanlılarının növbəti qurultayını keçirməyə hazırlaşır. Məsələnin ən maraqlı olan tərəfi qurultaya hazırlıq işlərinin çox gizli aparılmasıdır.
Qurultaya dəvətin də maksimum konfidensial olması dünyanın müxtəlif ölkələrində yaşayan diaspor fəallarının ciddi narazılığına səbəb olub. Bu haqda jurnalist Məhəmmədəli Qəribli bildirib.
Ən maraqlısı budur ki, bu dəfəki qurultaya dəvət olanlara Komitədən deyilib ki, Bakıya gəlib-getməklə bağlı bütün xərcləri dəvətlilərin özləri qarşılamalıdır. Bundan əvvəl keçirilən heç bir qurultayda belə şərt olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Diaspor Komitəsinin diaspor fəallarına təqdim etdiyi dövlət təltifləri ilə bağlı da ciddi narazılıq yaranmışdı.
Hətta narazılığın səviyyəsi o həddə çatdı ki, hələ də Diaspor Komitəsi özündə cəsarət tapıb kimlərin təltif almaları ilə bağlı siyahını cəmiyyətə açıqlamayıb. Mən anlamıram , dünya azərbaycanlıları üçün böyük önəm daşıyan bu cür hadisələr niyə belə gizlin həyata keçməlidir.
Qeyd edim ki, diaspor hərəkatında ciddi xidmətləri olan bir çox tanınmış şəxslər budəfəki qurultaya fəvət almayıblar.
Mənbə:My Webpage