Fuad Muradovun müzakirələrə səbəb olan fotosu ilə bağlı açıqlama — FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Şuşada çəkdirdiyi foto müzakirələrə səbəb olub, komitə məsələyə aydınlıq gətirib.
Qurumun əməkdaşı Esmira Xəlilova bildirib ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının çadırda təşkil olunduğu hamıya məlumdur.
“Bir neçə gün öncədən qurulmuş çadırın xalça döşəməsi çirklənməsin deyə onu quraşdıran şirkətin tələbi ilə hər kəs, yəni təşkilatçılar içəri baxillə daxil ola bilərdi. Gərgin hazırlıq prosesində isə içəri keçərkən geyindiyimiz baxili çöldə çıxarmaq yaddan çıxırdı… Bu qədər sadə və bəsit bir izahı var bu şəklin...” – E.Xəlilova qeyd edib.
Mənbə:My Webpage