Hökumətdən və ya parlamentdən heç kim Qarabağa getməyəcək - “Hraparak”
“Hökumətdən və ya parlamentdən heç kim Qarabağa getməyəcək”.
KONKRET.az xəbər verir bunu “Hraparak” qəzeti yazıb. Qəzet bildirir ki, bu il sentyabrın 2-də “Arsax”ın müstəqilliyinin 31-ci ildönümü də Ermənistanın hakim elitasının iştirakı olmadan qeyd olunacaq.
“Müharibədən sonra Baş nazir heç vaxt Qarabağa səfər etməyib. Parlament sədrinin mətbuat katibi Çovinar Xaçatryandan soruşduq ki, Qarabağa kim gedəcək: parlamentin spikeri Alen Simonyan yoxsa, “Vətəndaş aktı”nin deputatları?
“Cənab Simonyan Qarabağın “parlanment sədri”ndən sentyabrın 2-də ora səfər etmək üçün dəvət almayıb. O ki qaldı həmin gün Qarabağda kim olacaq, deputatlar olacaq, ya yox, biz bunu hələ dəqiq bilmirik”, –deyə Xaçatryan cavab verdi.
Lakin bizdə olan məlumata görə, hökumətdən və ya parlamentdən heç kim Qarabağa getməyəcək.
Baxmayaraq ki, ay yarım əvvəl Qarabağın “parlament sədri” Artur Tovmasyan müstəqilliyin 31-ci ildönümünü qeyd etmək üçün sentyabrın 2-də Ermənistan parlamentinin bütün fraksiyalarını Qarabağa dəvət edib”, –deyə qəzet yazıb.