Çavuşoğlu: “Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır”
"Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanındadır”. Xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Azərbaycanın, xüsusən Türkiyənin olmadığı platformalarda hər zaman rəsmi Ankranın hüquqlarını ən azı Türkiyə qədər müdafiə etdiyini xüsusi olaraq vurğulayıb.
XİN başçısı Türkiyə və Azərbaycanın birlikdə yer aldığı üçlü və dördlü formatları diqqətə çatdıraraq, tərəflərin başda Asiyada olmaqla, bölgədə sülh üçün fəaliyyət göstərmələri ilə yanaşı, nəqliyyat və ticarət kimi sahələrdə də digər ölkələrə yardım göstərmək istədiklərini bildirib.
"Bir müddət əvvəl Bakıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin toplantısını keçirdik. Bundan sonra, ötən həftə Daşkənddə Türkiyə, Azərbaycan, Özbəkistanın xarici, ticarət və nəqliyyat nazirlərinin toplantısını keçirdik", - Çavuşoğlu bu çərçivədə görülən işlərə toxunub.