azia.az
azia.az

Şuşadakı qurultay Tehranın yuxusuna niyə haram qatıb? – Rəsmi İran mediası kin püskürür

22-04-2022, 13:22

Şuşadakı qurultay Tehranın yuxusuna niyə haram qatıb? – Rəsmi İran mediası kin püskürür
İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah” və İranın kəşfiyyat nazirliyinə yaxın media qurumları 22-23 aprel tarixində Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir. Həmin yazılarda qurultay “pantürkistlərin anti-İran toplantısı” kimi təqdim edilir.

Maraqlıdır, Dünya Azərbaycanlılarının V Qurultayı cənub qonşumuz İranı niyə bu qədər narahat edir?

Politoloq Elxan Şahinoğlu deyib ki, İranı qurultayın adındakı “Dünya azərbaycanlıları” ifadəsi qorxuya salıb:

“Dünya azərcbaynlıları deyərkən İranda yaşayan 40 milyondan çox azərbaycanlı da nəzərdə tutulur. Görünür, məhz bu, onlarda qıcıq yaradır. Buna görə də mövcud hakimiyyətin kurasiyasında olan media qurumları üzərindən Azərbaycana qarşı sözdə təzyiq xarakterli provokativ yazılar dərc edilir.

Ümumiyyətlə, İran mürəkkəb qonşudur. Biz nə qədər bu ölkə ilə dost, tərəftaşlıq formatında münasibətləri inkişaf etdirmək istəsək də, rəsmi Tehran hər dəfə bizi məyus etməyi bacarır. İran müəyyən vaxtlarda dost, tərəfdaşlıq motivli açıqlamalar versə də, görürsən ki, dövlət nəzarətində olan media qurumlarında atniazərbaycan ruhlu məqalalər dərc olunur. Bu, təkcə Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar deyil. Biz illərdir bunun şahidi oluruq”.

E. Şahinoğlunun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər müxtəlif vaxtlarda 4 qurultay təşkil edib:

“Bundan başqa istər mərhum prezident Heydər Əliyev, istərsə də İlham Əliyev xarici ölkələrə səfəri zamanı həmin ölkələrdə yaşayan, təhsil alan azərbaycanlılarla görüşlər keçirib. Bu görüşlərdə İran azərbaycanlılarının da iştirak etməsi təbiidir. Bu o demək deyil ki, Azərbaycan İranı hədələyir, ya da onun suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradır.
İran da bənzər şəkildə dünya iranlıların qurultayını keçirə bilər. Belə bir qurultayda Azərbaycanda yaşayan iranəsilli vətəndaşlar da iştirak edə bilər. Mən əminəm ki, bu, Azərbaycanda qıcıq yaratmaz”.

Politoloq qeyd edib ki, həm Rusiya, həm də İran Azərbaycana qarşı ikiüzlü siyasət yeridir:

“Necə ki, Rusiya Azərbaycana qarşı rəsmi şəkildə nəsə demir, əvəzində bunu Mixail Delyagin, Aleksandr Şerin kimi “deputatlar” üzərindən deyir, İran da eyni davranış sərgiləyir. Bu, ikiüzlü siyasətdən başqa bir şey deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi