azia.az
azia.az

Rusiya Qarabağda "nəzarəti" ƏLƏ ALDI - Moskva Bakıya nə MESAJı VERDİ?

18-04-2022, 19:04

Rusiya Qarabağda "nəzarəti" ƏLƏ ALDI - Moskva Bakıya nə MESAJı VERDİ?
Bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi rəsmi bülletenində Azərbaycan ordusunun Ağdərə istiqamətində irəliləməsi ilə bağlı məlumat verdi, bunun ardınca isə Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında Ermənistan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı məlumat yaydı.

Əgər dönüb 10 noyabr üçtərəfli bəyanatdan üzü bu yana baxsaq, görərik ki, bu cür bəyanatlar demək olar ki, tamamilə sülhməramlı kontingentin "etdiyi" bir proses idi. Lakin son proseslər fonunda artıq Rusiya Müdafiə Nazirliyinin də məsələyə müdaxiləsi diqqət çəkməyə başlayıb. Bunun isə bir adı var: Rusiya belə bir məqamda prosesin nəzarətdən çıxmasına qarşı informasiya üzərindən "güc nümayişi" sərgiləməyə başladı.

Rusiya Qarabağda "nəzarəti" ƏLƏ ALDI - Moskva Bakıya nə MESAJı VERDİ?
Bəs, Rusiya Müdafiə Nazirliyi niyə artıq Qarabağdakı gərginliklərlə bağlı bəyanatları məhz özü verməyə başladı?

I. Moskva artıq görür ki, sülhməramlılara hər iki tərəfdə etibar itib. Bununla da şimal qonşumuz həm Bakını, həm də İrəvanı inandırmağa çalışır ki, mənə indən belə daha çox güvənə bilərsiniz, bölgədə sülhü təmin etmək üçün bundan sonra daha çox səy göstərəcəyəm.
II. Rusiya bununla istər münaqişə tərəflərinə, istərsə də Qərbə nümayiş etdirmək istəyir ki, Qarabağdakı proseslər çox ciddi şəkildə nəzarətimizdədir, oradakı bütün proseslərlərdən xəbərdarıq və heç nə gözümüzdən yayınmır.
III. Moskva mesaj verir ki, heç bir tərəfin istəyindən, heç bir təşkilatın cəhdlərinə baxmayaraq Qarabağda, bölgədə Rusiya bundan sonra da əsas partnyor, vasitəçi kimi fəaliyyət göstərəcək.
IV. Azərbaycan əsgərinin Fərrux kəndini və yüksəkliyini 30 il sonra yenidən nəzarətinə qaytarması məsələsi ilə erməni əhali arasında Rusiyanın "təhlükəsizliyin qarantı" imici zədələndiyi üçün sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında yaşayan erməni əhali arasında və Ermənistanda da artıq rus hərbçilərin bölgədən getmək istəklərinin artırdığı açıq sezilməyə başlayıb. Moskvanın bu qərarını eyni zamanda həmin proseslərin qarşısını almaq üçün bir müdaxilə də adlandırmaq olar.
Rusiya Qarabağda "nəzarəti" ƏLƏ ALDI - Moskva Bakıya nə MESAJı VERDİ?
Paşinyanın Bakının 5 maddəlik sülh paketi təklifini qəbul etməsi ilə bağlı fikirlərin ardından Qarabağın tamamilə Azərbaycanın yuridiksiyasına keçəcəyi məsələsindən ən çox narahat olanlardan biri qondarma rejim "rəhbəri" Araik Arutyunyan oldu. Bakı ilə İrəvanın sülh sazişi məsələsində razılığa gəldiyi açıqlamalarından sonra Arayikin "yeni təhlükəsizlik sistemi rus sülhməramlıları ilə əməkdaşlıq çərçivəsində formalaşır, sülhməramlıların sayı artırılmalıdır" fikirləri xüsusilə diqqət çəkdi. Bunun ardınca isə Arayikin dərhal Moskvaya səfər məsələsi qondarma rejimin əslində əmri haradan aldığını göstərdi. Belə məlum olur ki, separatçılar Qarabağdakı vəziyyəti nəzarətdə saxlamaq üçün Moskvanın əsas rıçaqıdır, buna görə də 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndində nəzərdə tutulan "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" müddəası bu günə kimi həll edilməyərək qalır.

Moskva başa düşür ki, mövcud situasiya fonunda Bakının miqyasından asılı olmayaraq, istənilən həmləsi erməni əhalisinin əhval-ruhiyyəsinə və separatçıların, eləcə də rus sülhməramlıların vəziyyətə nəzarət imkanlarına təsir edə bilər.


Rusiya Qarabağda "nəzarəti" ƏLƏ ALDI - Moskva Bakıya nə MESAJı VERDİ?
Brüssel görüşünün ikinci raundundan sonra belə göründü ki, artıq Avropa İttifaqı Minsk Qrupunun edə bilmədiyi (yaxud etmək istəmədiyini) missiyasını üzərinə götürməkdə israrlıdır. Avropanın siyasət paytaxtında Azərbaycan və Ermənistan liderlərinin son görüşü zamanı əldə edilən razılıqlardan gəlinən nəticələr də belə deməyə əsas verir. Moskva anladı ki, Qərb Azərbaycanın arzuladığı kimi ATƏT-in Minsk Qrupunu oyundan kənarlaşdırmaqla missiyanı birbaşa öz üzərinə götürmək fikrindədir.

Elə bu səbəbdən də qısa zamanda rəsmi Moskva çevik addım ataraq Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etdiyini açıqladı. Bu xüsusi nümayəndənin Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayevin elan edilməsi isə Moskvanın Aİ-ni qabaqlamaq istəyindən başqa bir şey deyil. Beləcə, Rusiya Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədrini bundan sonra xüsusi nümayəndə kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verməsi adı altında proseslərə müdaxilə etmək üçün təyinat verməsi faktiki olaraq Moskvanın Minsk Qrupundan çıxması və belə bir təşkilatın gələcək mövcudluğunu sual altında qoymaq idi.



Əslində Moskva bu addımı atmaqla Şarl Mişelin Brüssel görüşlərində qazandığı dividentdən ciddi narahatlığını da ifadə etmiş oldu. Bu səbəbdən də rəsmi Moskva Bakının istədiyi şəkildə - Minsk Qrupunun fəaliyyətinin dayandırılması istiqamətində nümayişkəranə bir gediş edərək Azərbaycan dövlət başçısının siyasi kursuna töhfə verdiyi təəssüratını yaratmaq istədi.
Rusiya Qarabağda "nəzarəti" ƏLƏ ALDI - Moskva Bakıya nə MESAJı VERDİ?
Amma bu, Moskvanın bölgədəki proseslər adına etdiyi onlarla manevrlər arasından sadəcə biridir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri, parlamentin müxalifətdəki "Mənim şərəfim" fraksiyasının rəhbəri Artur Vanetsyan sosial şəbəkədə İrəvanın Azadlıq meydanında müddətsiz aksiyaya başlayaraq vətəndaşlara Qarabağ uğrunda döyüşmək üçün müraciətinin də əslində haradan idarə edildiyi bəsbəllidir.

"Ölkə hakimiyyəti Qarabağın Azərbaycanın bir hissəsi olacağı fikri ilə artıq razılaşıb. Biz elə vəziyyətə gəlmişik ki, Ermənistanın özünün təhlükəsizliyi artıq təhlükə altındadır", - deyən Vanetsyan bununla yerli əhalini inandırmağa çalışır ki, Ermənistanın Azərbaycanla imzalayacağı sülh Ermənistanın suverenliyinə təhdiddir. Lakin Paşinyan da son açıqlamalarında açıq şəkildə Bakı ilə razılığa gəlməyin onlar üçün əhəmiyyətini ifadə edərkən bildirdi ki, "Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır". Erməni baş nazir əslində burada birbaşa olaraq xalqına bu zamana kimi çobanlıq edənlərdən xilas olmaq üçün düsturun Azərbaycanla sülh sazişini imzalamaq olduğunu izah etməyə çalışıb. Görünür, Paşinyan artıq anlayır ki, uzun illərdir Qarabağ açarı ilə bu iki ölkə arasında süni münaqişə yaratmaq nəticəsində Ermənistan kifayət qədər yanlış qərarlar verib, addımlar atıb, artıq bunu düzəltmək zamanıdır.



Bölgədə vəziyyətin gərgin olaraq qalması, revanşist qüvvələrin məqsədlərindən əl çəkməməsi üçün uyğun şəraitin yaradılması yeni müharibə ab-havasının artmasına xidmət edir. Lakin Ermənistan rəhbərliyi anlayır ki, bu ritorika ilə çox məsafə qət edə bilməyəcəklər. Çünki bölgədə ümumi vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır və istənilən zaman düşmənə daha ağır zərbə vurmaq iqtidadındadır.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi