Zelenski Baydendən Rusiya ilə bağlı xahiş etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Amerika lideri Co Baydendən Rusiyanı terrorizmi dəstəkləyən ölkələrin siyahısına daxil edilməsini istəyib. Xəbər verilir ki, bu barədə "Washington Post" mənbə məlumat verib. Bildirilir ki, Zelenski bu barədə həftənin əvvəlində Amerika lideri ilə telefon söhbəti zamanı bildirib. Qəzetin məlumatına görə, Bayden, Zelenskinin bu müraciətinə müsbət reaksiya verməyib. Lakin Moskvaya təzyiqləri artırmaq üçün bütün işlərin davam etdiyini bildirib.
Terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısını Dövlət Departamenti tərtib edir. Vaşinqtonun fikrincə, bu siyahıya beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxil ola bilər.