Erməni deputatlar Xankəndiyə gəlir: - “Bayraktar”ın uğultusunu xatırlatmağın vaxtıdır
Erməniləri pasifist adlandırmaq ya mərhəmətsiz qonşularımızın təbiətindən tamamilə xəbərsizliyin, ya da çox sadəlövhlüyün əlaməti ola bilər. Haylardan danışanda heç sülh iyi gəlmir, onları sülhə ancaq məcbur etmək olar (o da müəyyən tarixi dövr üçün mümkündür).
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə baş tutan Brüssel görüşü də bu tezisi sübut etdi. Məlum olduğu kimi, Azərbaycan tərəfi 5 təklif irəli sürüb və görüşün nəticələri barədə deyilənlərə əsasən, Ermənistan bu təkliflə razılaşıb.
Bunlar aşağıdakı prinsiplərdir:
- suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması;
- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi;
- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı hədə və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;
- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.
Bundan əlavə, elə bu günlərdə ilk dəfə olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb. Nazirlər Bakı ilə İrəvan arasında gələcək sülh müqaviləsinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, eləcə də humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Təbii ki, bu gün tərəflər arasında inamlı münasibətdən (xüsusən də erməni mahiyyətini bilməklə) danışmaq tezdir, o ki qala tam miqyaslı sülhün imzalanmasından. Amma bu istiqamətdə müəyyən irəliləyiş var. Və tərəflər regionda sülhün və sabitliyin bərqərar olmasına töhfə verməyə çalışarkən Ermənistanda müharibəyə, qana susamış qüvvələr yatmır.
44 günlük müharibədə Ermənistanın biabırçı məğlubiyyətini, görünür, unudan bədbəxt revanşistlər öz təxribat xarakterli hərəkətləri ilə yenidən müharibə alovunu yandırmağa çalışırlar. Belə ki, aprelin 12-də “Ermənistan” və “Mənim şərəfim” bloklarının təmsil etdiyi parlament müxalifəti parlamentin dörd günlük növbəti plenar iclaslarını boykot edib.
“Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan müxalifətin bu həftə keçiriləcək iclaslarda iştirak etməyəcəyini açıqlayıb: "Biz Qarabağ və Ermənistanın sərhədyanı rayonlarına gedəcəyik".
Onun sözlərinə görə, Ermənistanda mövcud hakimiyyət bir çox daxili və xarici problemləri həll etmək iqtidarında deyil: “Son hadisələr yalnız mövcud qorxuları təsdiqlədi. Hər şey Azərbaycan və Türkiyənin gündəliyi çərçivəsində irəli gedir. Ona görə də mövcud vəziyyətlə bağlı parlament müxalifəti elan edir: bu həftə biz parlamentin iclaslarında və səsvermədə iştirak etməyəcəyik”.
“Mənim şərəfim” müxalifət blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan da öz növbəsində onların da parlamentin iclaslarında iştirak etməyəcəklərini və Dağlıq Qarabağa gedəcəklərini təsdiqləyib.
Bu isə artıq Azərbaycana və Azərbaycan xalqına açıq çağırışdır. Çılğın Ohanyan, Mamicanyan və digər “yanlar”ın simasında erməni “döyüşçüləri” azərbaycanlıların səbrini yenidən sınayır. Haylar 2020-ci ilin payızında başlarına dəyən Azərbaycanın dəmir yumruğunu necə tez unudublar. Əgər onların yaddaşı çox qısadırsa, onu yeniləmək bizim üçün çətin deyil.
Çox güman ki, erməni “məğlubedilməz döyüşçülərinin” dabanlarının taqqıltısı “Bayraktar”ın ölümcül vızıltısı ilə birgə hələ də həmin Ohanyanın yuxusuna girir.
Yeri gəlmişkən, bu, Qarabağ ermənilərinin “hüquqlarını” qoruyanların müharibədən sonrakı dövrdə ilk təxribatı deyil. Ötən ilin noyabrında müdafiə naziri Qarabağ bölgəsinə qanunsuz səfər edib. Daha sonra Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinə bu səfəri hərbi-siyasi təxribat adlandırıb.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan rəhbərliyinə xəbərdarlıq edib ki, bu cür qanunsuz səfərlər olacağı təqdirdə, respublika qanunlarına uyğun olaraq “təcavüzkar separatizm və terrorizmin” qarşısının alınması üçün lazımi tədbirlər görüləcək.
Bir ay sonra bu dəfə Fransa prezidentliyinə əsas namizədlərdən biri - Valeri Pekres siyasi macəraya qərar verdi. Bir neçə fransalı deputatın müşayiəti ilə Xankəndiyə qanunsuz səfər etdi. Yeri gəlmişkən, bir müddət sonra Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində “Valeri Pekresin son qanunsuz səfərindən xəbərimiz olsaydı, onları mütləq geri buraxmazdıq” demişdi.
Həmin dövrdə növbəti dəfə Qarabağa qanunsuz səfər edən Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Vitali Milonov da təxribata imza atmışdı.
İndi də yeni təxribat gözlənilir. Görünür, indi Azərbaycan hakimiyyəti bir ovuc təkəbbürlü erməni dığasının Qarabağa qanunsuz səfərindən dəqiq xəbərdar olanda təkcə sözlü xəbərdarlıqla kifayətlənmək olmaz.
Bəs cavabdehlik zonasında sülhü təmin etmək və qeyri-qanuni səfərləri dayandırmaq öhdəliyini üzərinə götürən Rusiya sülhməramlıları haqqında nə demək olar? Heç nə! Laçın dəhlizi ilə müxtəlif səviyyəli təxribatçıların sərbəst və qeyri-qanuni hərəkətinə nəzər salsaq, belə qənaətə gəlmək olar ki, “sülhməramlı” heyət tamamilə kar və kor insanlardan təşkil edilib.
Və yenə də yerli mətbuatda dəfələrlə səslənən sual yaranır: Rusiya əsgərləri separatçıların və yaramazların maraqlarını qoruyursa, Azərbaycana niyə lazımdırlar? Sual ritorikdir.
Bakı Müdafiə Nazirliyindən, Rusiya Xarici İşlər Nazirliyindən rəsmi və ciddi şəkildə tələb etməlidir ki, onların məsuliyyət zonasında baş verən qanunsuzluqlara son qoyulsun. Əks halda, Azərbaycan qanunsuz səfərlərin qarşısını almaq hüququnu özündə saxlayır. Nə yaxşı ki, bunun üçün yaxşı silahlanmış döyüşçülər və ermənilərin kabusu olan “Bayraktar”lar var.
Bu, ağıllarını itirmiş erməniləri ağıllandırmaq vasitələrinin tam siyahısı deyil. Bunun üçün cəmi bir PUA xəbərdarlıq zərbəsi lazımdır. Bu, kifayət edəcək. Necə deyərlər, bu yolu keçmişik - bilirik. Bizim metodlarımızın ən yaxşısını Ohanyan da bilir. Sonuncunun Şuşadən sürətlə qaçışı zamanı hətta “Bayraktar” da öz sürəti ilə topal “qəhrəman”a yetişə bilmirdi...
Mənbə:My Webpage