Rəsmi Moskvadan Əliyev-Paşinyan görüşünə reaksiya
Rəsmi Moskva Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü şərh edib.
Azia.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Rəsmi Moskva Bakı ilə İrəvan arasında Brüsseldə keçirilən danışıqları müsbət dəyərləndirir və alqışlayır. Bu çox uzun prosesdir. Lakin belə bir sənədin imzalanması istiqamətində irəliləyiş özlüyündə çox müsbət faktdır və alqışlanmağa layiqdir”.