azia.az
azia.az

Kreml Azərbaycanı seçimə məcbur edir?

29-03-2022, 19:04

Kreml Azərbaycanı seçimə məcbur edir?
Kreml Azərbaycanı seçimə məcbur edir?
Rusiyalı deputat,publisist,iqtisadçı Mixayil Delyagin( Справедливая Россия) "Rossiya-1"dövlət kanalında Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.
Sizin kimi bəndəniz də adı çəkilən Rusiya televiziyasında təşkil olunmuş debatda Mixayil Gennadiyeviç Delyaginin hədyanlarıyla tanış oldum.
Əlbəttə,son zamanlar rus siyasi elitası,media və başqa seferalarda Ukraynada hələ də davam edən müharibə ilə baglı çox ciddi narahatlıq və aqoniya mühiti hökm sürür.Dogrudur,M.Delyaginin Azərbaycanın neft sənayesini bombalanması haqqında sərsəmləməsi son günlər Qarabagda-Xocalının Fərrux kəndinin hərbçilərimiz tərəfindən azad edilməsinə qarşı idi.Və hesab edirəm ki,həm M.Delyagin,həm də son həftələr ərzində rus mediasında anti-Azərbaycan isterikasının formalaşmasının dərin kökləri var.
Bəli,Azərbaycan və Rusiya arasında 43 maddədən ibarət müttəfiqlik sazişi imzalanıb.Ancaq Rusiya bununla heç də kifayətlənənə oxşamır.Fakt budur ki,Kreml birmənalı olaraq çoxqütüblü dünya sistemi istəyir və Azərbaycanı öz geopolitik sferasından kənarda təsəvvür etmir.Anladıgım budur ki,Rusiya prezidenti Vladimir Putinin qafasında "yeni dünya nizamı"təsəvvürü var və o,bu geosiyası hədəfi üçün Azərbaycanı seçimə məcbur edir.Yəni,V.Putin ayrı-ayrı rus deputatların dili ilə deyir ki,indi seçim anıdır və nə qədər erkən qərar versəniz,bu,bir o qədər "faydalı"olur.
Digər tərəfdən,Mixayil Delyagin adlı bir siyasətçinin dilindən Azərbaycanın neft sənayesinin bombalanması da düşündürücüdür.Ruslar yaxşı dərk edir ki,neft və qaz ixracı Azərbaycan üçün olduqca vacib məsələdir,onun əsas gəlir mənbəyidir.
Hətta belə deyərdim ki,neft-qaz ixracı və bu eksportdan əldə olunan valyuta Azərbaycan üçün "can damarı"sayıla bilər.Onu da nəzərə alaq ki,Xəzər dənizinin karbohidrogen resurslarının çıxarılması və onun Qərb bazarına ixracında Böyük Britaniyanın müstəsna rolu var.
Hal-hazırda Rusiyanın Ukrana böhranı kontekstində Böyük Britaniya ilə münasibətləri gərgindir.Fərz edirəm ki,Rusiyanın Azərbaycanın neft sənayesini bombalaması təhdidinin bir ucu da Britaniyaya qarşıdır.
Rusiya demək istəyir ki,əgər mənim üzərimə gəlməkdə davam etsəniz,agır iqtisadi sanksiyaları daha da sərtləşdirsəniz,o zaman mən də öz geosiyasi və geostrateji təsir dairəmdə olan regionlardan Qərbə neft ixracını bloklayacam.Təbii ki,Rusiyanın burada əsas məqsədi Avropanı enerji böhranı ilə üz-üzə qoymaqdır.
Yeri gəlmişkən,Avropada son həftələrdə artıq enerji böhranı hiss edilməkdədir və buna paralel olaraq ərzaq qiymətlərində ciddi artım,Ukraynadan gəlməkdə davam edən qaçqın axını da var.
Xüləs,qarşıdakı dövrdə Rusiyanın Əliyev iqtidarına siyasi təzyiqlərinin artacagını və Azərbaycan hökumətindən "yekun seçim"tələb edəcəyini ehtimal edirəm.Ümid edirəm ki,Azərbaycan yeni qlobal sistemdə diktatura,avtoritarizmin yanında deyil,demokratiyanın səfində olacaq.Seçimimizi elə etməliyik ki,gələcək nəsillərin qınagına tuş gəlməyək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi