Ermənistanın yeni HOQQABAZLIĞI: Minsk Qrupunu dirildirlər... - 5 təklifə belə cavab verdilər...
Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərə cavab verib.
Azia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-nin bəyanatında deyilir.
Rəsmi İrəvan danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib.
“BMT nizamnaməsi, Helinski Yekun Aktının, Mülki və Siyasi Hüquq Haqqında Beynəlxalq Pakt əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə danışıqların təşkil olunması üçün müraciət edib”, - deyə bəyanatda vurğulanıb.