Hərbi ekspert: “Laçında ermənilər 100 əsgərini itirdi. Əgər yenə təxribat olsa… “-VİDEO
Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan müntəzəm olaraq Laçın istiqamətində təxribatlar törədib, atəşkəsi pozsa da, hazırda düşmən anoloji təxribatı daha çox Kəlbəcər istiqamətində həyata keçirir. Bəs görəsən düşmənin Kəlbəcər istiqamətində fəallaşmasının səbəbi nədir?
Alp.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Yeni TV-yə müsahibəsində bunu noyabrın 16-da Ermənistan hərbi birləşmələrinin Laçında, Qara Göl ətrafında ciddi əks zərbələr alması ilə əlaqələndirib. Hərbi ekspert bildirib ki, Qara Göl ətrafında noyabrın 16-da törətdiyi təxribat nəticəsində canlı və hərbi texnika sarıdan ciddi itki verdi:
“Həmin təxribat zamanı düşmən yaralı, ölü və itkin düşənlərlə birlikdə 100-ə yaxın itki verdi. Ona görə də həmin istiqamətdə sakitlikdir. Bilirlər ki, növbəti təxribat Novruz tonqalının Qara Kilsədə yandırılmasına yol aça bilər”.