azia.az
azia.az

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil” VİDEO

12-02-2022, 07:54


Erkin Qədirli: “Sülh sazişi olan yerdə sülhməramlı bitəcək”
“Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil”.
Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil” VİDEO
Musavat.com xəbər verir ki, bu gün bu sözləri Rauf Arifoğlunun təqdimatında canlı yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Erkin Qədirli bildirib. Onun sözlərinə görə, bunun səbəbləri var: “Rusiya bura əsgərini yeridib. Həm əsgərin orada qalmasına haqq qazandırmaq, həm o əsgərin burda qalmasını uzatmaq, həm də təxribatların olmasına şərait yaratmaq üçün. Bizim razılığımız olmadan xaricdən və Ermənistandan adamların gəlməsinə şərait yaradacaq. Orada öz işini görəcək. Əvvəla, ordakı rus əsgəri süıhməramlı deyil. Orada infrastruktur qurur – məktəb tikir, su xətti çəkir və sair. Halbuki onun missiyası, vəzifəsi bu deyil. O deməliydi ki, “mən gəlmişəm, sizə dəyib toxunan olmayacaq. Amma siz də anlayın ki, Azərbaycana intqrasiya olunmalısız”. Və oradakı infrastruktur məsələlərini Azərbaycan şirkətləri həyata keçirməlidir – yolu da, infrastrukturu da, qazı, işığı da. Rusiya bunun üçün şərait yaratmalıdır. Bizim hakimiyyət orqanları ora yavaş-yavaş yerləşməlidir”.

E.Qədirli deyib ki, rus sülhməramlılarının nə mandatı, nə də beynəlxalq təşkilatlar qarşısında hesabatlılığı var: “Rusiya özünün hərbi əsgərinin burda qalmasına haqq qazandırmaq üçün bu təxribatları yaradacaq. Sülh sazişi olan yerdə sülhməramlı bitəcək”.


Verilişin canlı versiyası ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi