azia.az
azia.az

"Real Hərəkatı"nın sədri siyasətdən gedir - Mənlik deyil

21-10-2017, 09:19


Hüquqşünas, Bakı Dövlət Universitetinin müəllimi Erkin Qədirli Respublikaçı Alternativ Hərəkatının (ReAl) partiyaya çevrilməsindən sonra siyasətlə məşğul olmayacağını bəyan edib.Bu barədə o, özünün feysbuk səhifəsində yazıb.E.Qədirli bildirib ki, təşkilatda qalsa da, rəhbərlikdə təmsil olunmayacaq: “Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir – məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl-da qalıram – dostlara yardım etmək üçün. Amma ReAl-ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi