azia.az
azia.az

Bu torpaqlar Azərbaycana verilir, proses başladı - Rusiyadan ELAN EDİLDİ

25-01-2022, 19:09

Bu torpaqlar Azərbaycana verilir, proses başladı - Rusiyadan ELAN EDİLDİ
Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.

Azia.az xəbər verir ki, bu fikirləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”, - deyə həmsöhbətimiz qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi