azia.az
azia.az

BVF: “Azərbaycan yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir”

24-12-2021, 14:52

BVF: “Azərbaycan yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir”
Azərbaycanda pandemiya zamanı fiskal siyasət lazımi qaydada yüngülləşdirilsə də, 2022-ci ildə iqtisadi böyüməyə uyğun fiskal konsolidasiyaya başlanılmalıdır.

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir.

Məlumata görə bu ilə mülayim fiskal mövqe uyğundur və bu səbəblə mənfi şoklar zamanı avtomatik stabilizatorların işləməsinə icazə verilməli və zərurət yarandıqda, mövcud fiskal məkan daxilində əlavə, məqsədyönlü büdcədaxili fiskal dəstək təmin edilməlidir.

Fondun ekspertləri bildirib ki, yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir: "Gələcəyə nəzər salsaq, davam edən genişlənmə mövqeyi de-fakto sabitliyi və fiskal dayanıqlığı qorumaqla uyğun gəlməyəcək və neft ehtiyatlarının proqnozlaşdırılan tükənməsi fonunda nəsillərarası bərabərliyə nail olmağı çətinləşdirəcək. Beləliklə, qeyri-neft büdcəsi üzrə ilkin kəsirin tədricən əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün konsolidasiya 2022-ci ildə başlamalı və uzun müddət ərzində davam etdirilməlidir. Konsolidasiyanın iqtisadi artıma mənfi təsirini azaltmaq üçün mərhələli struktur və maliyyə sektorunda islahatlar da mühüm əhəmiyyət kəsb edir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi