azia.az
azia.az

Lalə Yusifovaya yüksək vəzifə verildi

16-12-2021, 17:13

Lalə Yusifovaya yüksək vəzifə verildi
İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub.


Azia.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu vəzifə Lalə Yusifovaya həvalə edilib.

L.Yusifova bu təyinata qədər Birləşmiş Millətlər Təşkilatında layihə meneceri vəzifəsində çalışıb.

Qeyd edək ki, IsDB-nin keçmiş ölkə meneceri Tamerlan Tağıyev bir müddət əvvəl vəzifəsində ayrılaraq İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Azərbaycan IsDB-yə 1992-ci ildə üzv olub. Hazırda ölkəmizin Bankda üzvlük kapitalı 50,8 milyon Islam dinarı təşkil edir. Bu da IsDB-inin ümumi kapitalın 0,1 %-i deməkdir.

IsDB-inin də daxil olduğu İslam İnkişaf Qrupu (IDG) bu vaxta qədər Azərbaycana 1,179 milyard ABŞ dolları vəsait ayırıb. Həmin vəsaitin 956 milyon ABŞ dolları IsDB-nin, 83 milyon ABŞ dolları Beynəlxalq İslam Ticarətin Maliyyələşməsi Korporasiyasının (IITFC), 120,4 milyon ABŞ dolları Özəl sektorun maliyyələşməsi üzrə İslam İnkişaf Korporasiyası, 194 milyon ABŞ dolları isə digər mənbələrdən ayrılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi